|

Netanyahu: Razılaşma olsa da, olmasa da İranın nüvə silahı olmayacaq

9 Avqust 2026
img

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.

AFP xəbər verir ki, Netanyahu bunu hökumətin iclasında deyib.

“Bir daha vurğulamaq istəyirəm: razılaşma olsa da, olmasa da, mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq”, – Netanyahu bildirib.

İsrailin Baş naziri bu mövqeyin İranla bağlı diplomatik danışıqların nəticəsindən asılı olmadığını vurğulayıb.