• 9 °C
|

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub – YENİLƏNİB-1 – FOTO

15 Dekabr 2025
img

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, açarlar təqdim olunub.

APA-nın yerli bürosu xəbər verir ki, kəndə bu mərhələdə 85 nəfər – 22 ailə köçürülüb. Onlara mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

12.58

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.

***

06.30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə (85 nəfər) o cümlədən, Biləsuvar rayonundan – 11 ailə (40 nəfər), Bakı şəhərindən – 7 ailə (28 nəfər), Abşeron rayonundan – 2 ailə (8 nəfər), Beyləqan rayonundan – 1 ailə (5 nəfər), Şirvan şəhərindən – 1 ailə (4 nəfər) köçürülüb.

Bu günə qədər sözügedən əraziyə cəmi 172 ailə (692 nəfər) köçürülüb. Boş olan 19 evə qrafikə əsasən dekabr ayının 24-ü köç olacaq.

Beləliklə, 15.12.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 10 rayonun 30 yaşayış məntəqəsində 5993 ailə (23 860 nəfər) məskunlaşmış olacaq.