
Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köçən sakinlərə evlərinin açarları təqdim edilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin əməkdaşları, Qaçqınlar məcburi köçkünlərin işləri üzrə Dövlət xidmətinin və ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibəti ilə təbrik edib, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.
Sonra Təzəbinə və Seyidbəyli sakinlərinə evlərin açarları təqdim olunub.
***
13.30
Növbəti köç karvanları Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə – 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə – 41 nəfər köçürülüb.
***
12:44
Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə – 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə – 41 nəfər yola düşüb.
Qeyd edək ki, Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.