• 19 °C
|

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim edilib – FOTO – YENİLƏNİB

30 Sentyabr 2026
img

Sentyabrın 30-da doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə köçən 55 nəfərdən ibarət 16 ailəyə mənzillərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

12.11

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 55 nəfərdən ibarət 16 ailə köçürülüb.