• 16 °C
|

Növbəti köç karvanı Xocavəndin Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim olunub – FOTO – YENİLƏNİB

28 Oktyabr 2025
img

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köçən ailələrə evlərin açarları təqdim edilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Qırmızı Bazar qəsəbəsinə 20 ailə (71 nəfər) köçürülüb.

Qırmızı Bazar qəsəbəsinə köçən ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Sakinləri doğma yurda qayıdış müsahibəti ilə təbrik ediblər.

Qeyd edək ki, Qırmızı Bazar qəsəbəsinə iki mərhələdə köçürülən sayı 30 ailə, 110 nəfərə çatdırılıb.

***

14.57

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

APA xəbər verir ki, Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu dəfəki köç karvanında Qırmızı Bazara 20 ailə (71 nəfər) köçürülüb.