• 17 °C
|

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub – VİDEO

19 Yanvar 2025
img

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Kia” markalı, 01-CL-379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Şükürov saxlanılıb.

APA-nın xəbərinə görə, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.