• 9 °C
|

Rubio və Səudiyyə Ərəbistanının XİN başçısı Yəməndə vəziyyətin gərginləşməsini müzakirə ediblər

31 Dekabr 2025
img

ABŞ-ın dövlət katibi Marko Rubio və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud telefon danışığında Yəməndə vəziyyətin kəskinləşməsi və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqottun yazılı açıqlamasında deyilir.

Məlumata görə, tərəflər Yəməndə davam edən gərginlik fonunda regional təhlükəsizlik və sabitliyə təsir göstərən əsas amillər ətrafında fikir mübadiləsi aparıblar.