İlon Maska məxsus "SpaceX" aerokosmik şirkəti süni intellekt əsasında işləyən "Grok" çat-botunun istehsalçısı olan "xAI" startapına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bu məbləğ "Grok" çat-botunun istehsalçısı olan şirkətin yaxın zamanda artırılmış nizamnamə kapitalının təxminən yarısını təşkil edir.
Qeyd olunur ki, “SpaceX”in investisiyası iyun ayında elan edilmiş ümumilikdə 5 milyard dollarlıq səhmdar kapitalının cəlb olunması prosesinin tərkib hissəsidir.