• 16 °C
|

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

14 Noyabr 2025

14 noyabr tarixində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin illik fəaliyyətinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə institutun elmi və inzibati fəaliyyəti təqdim olunub.

Bu barədə APA-ya Su və Meliorasiya Elmi Tədqiqat İnstitutundan məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində “Elmi işlərin illik hesabatı”, “Milli Su Strategiyasının icrası ilə bağlı fəaliyyət”, “Kəhriz sistemlərinin bərpa və yenidənqurulması”, “Böyükşor gölünün bərpası üzrə aparılan monitorinqlər”, “Təlim və İnnovasiyalar Mərkəzinin fəaliyyəti”, eləcə də “İnsan resurslarının idarə olunması, kommersiya və sosial layihələr” mövzularında məruzələr dinlənilib.

Bundan başqa tədbirdə görülmüş işlər müzakirə olunub, yeni təkliflər səsləndirilib və növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyən edilib.

Tədbir institutun elmi və innovativ potensialının inkişafı, strateji planların hazırlanması və prioritetlərin müəyyən edilməsi baxımından önəmli əhəmiyyət kəsb edib.