• 12 °C
|

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib – FOTO

15 Mart 2026
img

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

APA-nın yerli bürosunun xəbərinə görə, orta yaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib, çöldə qaldığını bildirib.

Yaşlı qadın uşağı və anası evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.

Hazırda körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, sabah uşaq sığınacağa yerləşdiriləcək.

Polis tərəfindən araşdırma aparılır.