• 12 °C
|

Tramp: İranla razılaşma əldə etməkdə maraqlı deyiləm

22 Mart 2026
img

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməkdə maraqlı olmadığını bildirib.

APA xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.

“Onların rəhbərliyi artıq yoxdur, hərbi-dəniz və hava qüvvələri məhv edilib, demək olar ki, müdafiələri qalmayıb və indi razılaşma istəyirlər. Mən isə istəmirəm”, – deyə Tramp qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, Vaşinqton İrana qarşı məqsədlərinə nail olub:

“ABŞ İranı yerlə-yeksan edib və buna baxmayaraq, bəzi analitiklər mənim məqsədlərimə çatmadığımı deyir. Bəli, mən buna nail oldum və hətta planlaşdırılandan daha tez”, – deyə o vurğulayıb.

Tramp əlavə edib ki, bəzi media orqanları, o cümlədən “The New York Times” onun siyasətini düzgün qiymətləndirmir və tez-tez yanılır.