• 10 °C
|

Tramp təhlükəsizlik risklərini əsas gətirərək yarımkeçiricilərlə bağlı müqaviləni ləğv edib

3 Yanvar 2026
img

ABŞ Prezidenti Donald Tramp potensial milli təhlükəsizlik risklərini əsas gətirərək, "Emcore" və "HieFo" şirkətləri arasında yarımkeçiricilərlə bağlı müqavilənin ləğv olunmasına fərman verib.

APA xəbər verir ki, fərmanı Ağ Ev yayıb.

2024-cü ildə şirkətlər "HieFo"nun "Emcore"un yarımkeçirici biznesini, eləcə də indium fosfid plastin istehsalı müəssisələrini satın aldığını elan ediblər. Müqavilənin dəyəri 2,9 milyon dollar idi.

"Bu sazişlər qadağandır və "HieFo" şirkətinin "Emcore"un aktivlərində, istər birbaşa, istərsə də dolayı yolla, hər hansı paya və ya hüquqa sahib olması da qadağandır", – fərmanda bidirilir.

Tramp bildirib ki, "Emcore"un aktivlərinin əldə edilməsi ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarada bilər. Fərmanda qeyd olunur ki, "HieFo"nun Çin Xalq Respublikasının vətəndaşı tərəfindən idarə olunduğu güman edilir.