• 22 °C
|

Türkiyə XİN: Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in qərarını alqışlayırıq

2 Sentyabr 2025
img

ATƏT Nazirlər Şurasının Minsk qrupu və onun törəmə qurumlarının ləğvi barədə 1 sentyabr 2025-ci il tarixli qərarını alqışlayırıq.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında bildirilib.

“İki ölkənin birgə səyləri nəticəsində mümkün olan bu tarixi qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm aspektlərindən birinə çevrilib”, – məlumatda vurğulanıb.