• 21 °C
|

Uolts: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır

21 Noyabr 2025
img

ABŞ Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır və Ukraynaya silah tədarük etməyə davam edəcək.

APA xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.

O, ABŞ-ın Rusiya atəşkəs çağırışlarını qulaqardına vurmağa davam edəcəyi təqdirdə ona əlavə təzyiq göstərməyə hazır olduğunu vurğulayıb.

"Biz həmçinin Ukraynanın müdafiəsi üçün silah tədarük etməyə davam edəcəyik", – Uolts əlavə edib.