|

Vəkil Elşad Məmmədov həbs edilib

18 Avqust 2026
img

Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.

APA nın əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur.

Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.