İşğaldan azad edilmiş torpaqlara qayıdış ölkəmizin hər bir vətənpərvər insanında böyük sevinc və qürur hissi doğurur. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Böyük Qayıdışın əhəmiyyəti barədə fikirlərini bölüşərkən, işğaldan azad edilmiş ərazilərdə evlərin bərpası və keçmiş məcburi köçkünlərin həmin yerlərə qayıdışı prosesini Vətən müharibəsindən sonra həyata keçirilən ən mühüm və böyük işlərdən biri olaraq qiymətləndirib.
Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq yazıçısı Anarla müsahibədən hazırlanmış videoçarxı təqdim edirik.