01 Dek 2025

“Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Bu torpaqlarda mənim səngər qardaşlarım şəhid olub. Bura qayıdışım mənim üçün unudulmayacaq tarixdir. Əminəm ki, şəhid qardaşlarımın ruhu şaddır”.
Bunu APA-nın yerli müxbirinə bu gün Ağdamın Xıdırlı kəndinə qayıdan Nəvai Əliyev deyib. O, uzun illər yaşadığı çətin günlərin geridə qaldığını vurğulayıb:
"Allah bütün şəhid qardaşlarıma rəhmət eləsin. Qazilərimiz var olsun. Mən cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu günü bütün keçmiş məcburi köçkünlərə arzulayıram".