• 10 °C
|

Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edilib – FOTO

20 Fevral 2026
img

Birinci Qarabağ müharibəsinin itkin-şəhidiZibeydə Əhmədovanın nəşinin qalıqlarıbu gün ailəsinə təhvil vertilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xocalı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində rayon sakinləri, rəsmişəxslər və şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımında itkin düşüb.