• 16 °C
|

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb – FOTO

14 Noyabr 2025
img

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Şuşakənd kəndinə 19 ailə – 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə – 34 nəfər köçürülür.