• 30 °C
|

Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsi və Quzeyxırman kəndinə növbəti köç karvanı yola salınıb

15 Sentyabr 2026

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Quzeyxırman kəndinə növbəti köç karvanı yola salınıb.

Xocavənd şəhərinə 33 ailə (135 nəfər), rayonun Qırmızı Bazar qəsəbəsinə 9 ailə (44 nəfər), Quzeyxırman kəndinə isə 8 ailə (41 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.