• 16 °C
|

Xocavəndin Sos kəndinə köçən sakinlərə evlərin açarları təqdim edilib – FOTO

28 Oktyabr 2025
img

Xocavənd rayonunun Sos kəndinə köçən sakinlərə evlərin açarları təqdim edilib.

Bu barədə APA-nın Qarabağ bürosu xəbər verir.

***

16:08

Köç karvanı Xocavənd rayonunun Sos kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Sos kəndinə qayıdan sakinlər respublikanın müxtəlif yerlərində uyğunlaşdırılmış binalarda məskunlaşan ailələrdir. Bu mərhələdə Sos kəndinə 10 ailə, 42 nəfərin qayıdışı təmin edilib.

Qeyd edək ki, ümumilikdə Sos kəndinə qayıdan ailələrin sayı 20 (89 nəfər) çatdırılıb.