• 31 °C
|

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarında artım olub

27 Yanvar 2025
img

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.