• 7 °C
|

Brilliant Dadaşova ifasının gürcü mahnısı kimi təqdim edilməsinə görə aidiyyəti qurumlara müraciət edib

6 Fevral 2026
img

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı Düşmüşük” mahnı gürcü ifaçı tərəfindən mənimsənilib.

Bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

Onun sözlərinə görə, ifa etdiyi mahnı oğurlanıb və məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:

“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.