• 3 °C
|

“Oskar” mükafatına namizədlərin elan edilməsi yenidən təxirə salındı

14 Yanvar 2025
img

"Oskar" mükafatına namizədlərin elan ediləcəyi mərasim Kaliforniyada baş verən yanğınlar səbəbindən yanvarın 23-nə təxirə salınıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “The Variety” məlumat yayıb.

Bildirilir ki, səsvermənin müddəti yanvarın 17-dək uzadılıb (əvvəlcə yanvarın 14-də başa çatması planlaşdırılırdı). Mükafata namizədlər onlayn rejimdə elan ediləcəklər.

Mükafatın təqdimetmə mərasiminin özü hələlik təxirə salınmayıb: mərasim martın 2-də Los-Ancelesdəki "Dolby" teatrında keçirilməlidir.

Xatırladaq ki, bundan əvvəl namizədlərin elan edilməsi mərasimi iki gün – yanvarın 19-na təxirə salınmışdı.