• 22 °C
|

Azərbaycana turist axını 1 % artıb

16 May 2025
img

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735min 884 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

Təkcə apreldə isə ölkəyə227788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 7% azdır.

Aprel ayında Azərbaycana ən çox turist 53073 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (39417 nəfər), 3-cü yerdə isə Hindistan (26253 nəfər) qərarlaşıb.

Bundan başqa, ay ərzində İrandan 16,6 min, Gürcüstandan9,4 min, Qazaxıstandan 7,9 min, Səudiyyə Ərəbistandan 7,8 min, Pakistandan 7,2 min, Birləşmiş Ərəb Əmirliklərindən5,8 min, Özbəkistandan 4,1 min turist gəlib.