• 33 °C
|

Azərbaycana Yaxın Şərqdən turist axını iyunda 32 % azalıb

26 İyul 2025
img

Bu ilin iyun ayında Azərbaycana Yaxın Şərq ölkələrindən 22600 turist səfər edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 32 % azdır.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, ötən ay Səudiyyə Ərəbistanından 10392 nəfər (- 29 %), İsraildən 3446 nəfər (-18 %), Küveytdən 2135 nəfər (-39 %), BƏƏ-dən 1893 nəfər (-49 %), Omandan 1356 nəfər (-52 %), Misirdən 736 nəfər (-22 %), İordaniyadan 1 008 nəfər (-12 %), İraqdan 529 nəfər (-21 %), Bəhreyndən 465 nəfər (-34 %), Yəməndən 1 143 nəfər (+10 %), Qətərdən 204 nəfər (-47 %), Livandan 137 nəfər (+6 %), Fələstindən 60 nəfər (ötən ilin iyun ayında bu ölkədən turist gəlməyib), Suriyadan isə 7 nəfər (+40 %) turist gəlib.

Ümumilikdə iyunda Azərbaycana 237 509 turist gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11 % azdır. Ən çox turist Rusiyadan (73 415 nəfər, – 11%), Türkiyədən (40 326 nəfər, +5 %) və İrandan (15 297 nəfər, – 11 %) gəlib.