11 İyl 2025
Biz filippinlilər dünyada sülhün tərəfdarıyıq.
APA xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən filippinli səyyah Djosa Mae Richards deyib.
O, Azərbaycan ilk dəfə səfər etdiyini bildirib.
Səyyahın sözlərinə görə, Azərbaycanınmüharibədən sonra bu qədər inkişaf etməsi yaxşı mənada təəccüb doğurur.
“Burada olmaq xoş bir təcrübədir. Azərbaycan özünün kənd təsərrüfatının, infrastrukturunun böyük bir hissəsini inkişaf etdirib”, – filippinli səyyah əlavə edib.