
“Mən dünya səyyahıyam, bütün ölkələrdə olmuşam və artıq iki-üç gündür Azərbaycandayam”.
Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Ağdamda səfərdə olan finlandiyalı səyyah Kari Karanko deyib.
“Qarabağa səyahət etməyi planlaşdırıram. Gördüklərimin hamısı çox xoşuma gəldi, bura çox gözəldir”, – deyib.
Həmçinin İrlandiyadan olan səyyah Damien Stak açıqlamasında bildirib ki, həm Bakıda, həm Qarabağda möhtəşəm memarlıq nümunələri var və çox sürətli tikinti prosesi gedir. Görünür ki, işləri tez və effektiv şəkildə görürsünüz. Bu şəhər bir neçə ildən sonra yenidən çiçəklənəcək və insanlarla dolu olacaq”.
Qeyd edək ki, bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.
Elgün Gəncimsoy
Toğrul Quluzadə