• 35 °C
|

Nazirlik nümayəndəsi: Özbəkistan turizm sahəsində Azərbaycanla işbirliyi üçün cəhdlər edir

9 İyul 2025
img

Özbəkistan türkdilli dövlətlərlə bütün sahələrdə, o cümlədən turizm sektorunda əməkdaşlığı genişləndirmək üçün aktiv fəaliyyətlər göstərir. Bu istiqamətdə xüsusilə Azərbaycanla işbirliyi üçün cəhdlər edilir.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Özbəkistan Turizm Nazirliyinin marketoloqu Şerzod Sultanov bildirib.

O deyib ki, Azərbaycanla Özbəkistanın mətbəxi həm yaxındır, həm də hər iki ölkə dünyada öz ləziz yeməkləri ilə tanınır:

"Mətbəx turizmdə əsas rol oynayır. Bundan başqa, tarixinin qədimliyi, abidələri, çoxşaxəli mədəniyyəti baxımından Azərbaycanla Özbəkistan oxşardır. Keçən il turizm potensialımızın dünyada tanıdılması istiqamətində geniş tədbirlər keçirdik. Azərbaycan nümayəndələri, o cümlədən media da orada yaxından iştirak etdi”.

Nazirlik nümayəndəsi əlavə edib ki, 2027-ci ildə Özbəkistanın bir şəhəri Türk dünyasının turizm paytaxtı seçiləcək. Onun sözlərinə görə, təklif bu gün Ankarada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin mədəniyyət-turizm nazirlərinin, həmçinin müvafiq nümayəndə heyətləri rəhbərlərinin 10-cü toplantısında irəli sürülüb.