• 23 °C
|

Göydəniz Qəhrəmanov: “Azərbaycanın uğurla həyata keçirdiyi müstəqil siyasət kursu ölkənin əsas strateji üstünlüyünə çevrilib”

23 May 2026
img

Prezident İlham Əliyevin Euronews televiziyasına müsahibəsi Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində hansı mövqelərəsahib olduğunu aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlərdən görünürdü ki, Azərbaycan xarici siyasətdə milli maraqları əsas götürən müstəqil xətt yürüdür və bu siyasət ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır.Müasir dünyada siyasi təzyiqlərin, geosiyasi qarşıdurmaların və iqtisadi risklərin artdığı bir şəraitdə müstəqil siyasət yürütmək hər dövlət üçün asan deyil. Azərbaycan isə balanslı diplomatiya vasitəsilə həm regional, həm də qlobal aktorlarla qarşılıqlı faydalı münasibətlər qurmağa nail olub. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı əsas məqamlardan biri də məhz qarşılıqlı hörmət prinsipinin Azərbaycanın xarici siyasətinin əsasını təşkil etməsidir. Bu gün Azərbaycan beynəlxalq platformalarda öz sözünü deyə bilən ölkə kimi çıxış edir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Türk dünyasında inteqrasiya proseslərində fəal iştirakı və Avropa ilə strateji əməkdaşlıq münasibətləri bunu açıq şəkildə göstərir. Azərbaycan müxtəlif siyasi mərkəzlərlə münasibətlərini milli maraqlar çərçivəsində tənzimləməyi bacarır.” Millət vəkili Göydəniz Qəhrəmanov bu fikirləri mətbuata açıqlamasında səsləndirib.

Prezident İlham Əliyevin siyasi kursunun əsas xüsusiyyətlərindən birinin çevik və praqmatik yanaşma olduğunu deyən deputat, Azərbaycanda dövlət maraqlarının prioritet kimi qorunduğunu vəeyni zamanda beynəlxalq əməkdaşlıq imkanlarınıngenişləndirildiyini diqqət mərkəzinə çəkib: “Məhz bu siyasət nəticəsində Azərbaycan regionda sabitlik yaradan əsas aktorlardan birinə çevrilib. Prezidentin Euronews-a müsahibəsində səsləndirilən fikirlər Azərbaycanın gələcək strateji baxışını da ortaya qoydu. Dövlət başçısı göstərdi ki, ölkə yalnız cari proseslərə reaksiya vermir, həm də gələcək çağırışlara hazırlaşır. İqtisadi diversifikasiya, nəqliyyat imkanlarının genişləndirilməsi, rəqəmsal inkişaf və yaşıl enerji strategiyası Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsas istiqamətləridir.Bu gün Azərbaycan öz inkişaf yolunu özü müəyyənləşdirən dövlət kimi çıxış edir. Xarici təsirlərdən asılı olmayan qərarvermə mexanizmi ölkənin əsas üstünlüklərindən birinə çevrilib. Prezident İlham Əliyevin Euronews-a müsahibəsi də məhz bu siyasi reallığın beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.