• 15 °C
|

“Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalı keçirilib

5 Noyabr 2025
img

ADA Universitetində “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalı keçirilib.

APA xəbər verir ki, memarlıq, şəhərsalma və innovativ dizayn istiqamətində regionun nüfuzlu tədbirlərindən biri olan “Baku Archifest 2025”, “Design Bureau” və “Aslı Partners” tərəfindən ADA Universiteti Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə təşkil olunub.

ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, ölkənin müxtəlif rayonlarında təhsil müəssisələrinin inşası və yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Biz rayonlarda da təhsil ocaqları tikir və onları müasir tələblərə uyğun şəkildə hazırlayırıq. Qarşıda çox böyük layihələr var və biz bu işləri də uğurla həyata keçirməliyik. İnanıram ki, bu proseslərə tələbələr də cəlb olunacaq ki, onlar üçün bu, yaxşı bir praktiki təcrübə olsun”.

Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumundan söz açıb. O qeyd edib ki, bu tədbirə ölkəmiz aktiv şəkildə hazırlaşır.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Soave çıxışı zamanı WUF-13-ə ev sahibliyi Azərbaycanı qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevirəcəyini bildirib.

ADA Universitetinin Memarliq fakültəsinin dekanı Silvia Ferrari bildirib ki, bu tədbir memarlıq, şəhər planlaşdırılması və dizayn sahəsində görüş və əməkdaşlıq üçün böyük bir fürsətdir.

Sonda tədbir musiqili hissə ilə davam edib.