• 17 °C
|

Azərbaycan və Küveyt arasında Birgə Komissiyanın 4-cü iclası Bakıda keçiriləcək

30 Aprel 2025
img

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 4-cü iclası 2027-ci ildə Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər bu barədə Birgə Komissiyanın aprelin 30-da Küveytdə keçirilən 3-cü iclasında razılığa gəliblər.