• 21 °C
|

Bağçalı: Türkiyə ilə Azərbaycan arasına nifaq toxumlarının səpilməsinə icazə verilməməlidir

14 Oktyabr 2026
img

MHP lideri Dövlət Bağçalı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini bildirib.

APA-nınxəbərinə görə, Bağçalı qeyd edib ki,“qardaşlıq bağlarına zərər verəcək heç bir nifaq toxumunun səpilməsinə icazə verilməməlidir".

MHP liderinin sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü sarsılmaz qardaşlıq iradəsini nümayiş etdirəcək.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər iki xalq arasındakı səmimi bağa əsaslanır”, – o vurğulayıb.