• 24 °C
|

Bolqarıstan XİN: Azərbaycanla əməkdaşlıq dinamik xarakter daşıyır

28 May 2025
img

Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Bolqarıstan 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırır! Bizim dinamik əməkdaşlığımız və qarşılıqlı hörmət strateji tərəfdaşlığımızın gələcək inkişafı üçün möhkəm təməldir", – paylaşımda vurğulanıb.