Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamenti Senatının sədri Amason Ceffa Kinqi ilə görüş keçirib.
Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Keniya arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər parlamentlərarası əməkdaşlığın, xüsusilə dostluq qrupları və komitələr səviyyəsində birbaşa təmasların təşviq edilməsinin əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
C.Bayramov Azərbaycanın çoxtərəfli platformalarda, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində Keniya ilə mövcud məhsuldar əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) verilən önəm qeyd edərək, bu təşəbbüslərin qlobal gündəliyə göstərdiyi töhfə yüksək dəyərləndirilib.
Sonda tərəflər parlamentlərarası dialoqun daha da gücləndirilməsi və qarşılıqlı səfərlərin təşviqi vasitəsilə Azərbaycan-Keniya münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfər çərçivəsində Nayrobidə Senatın Sədri Amason Kinqi ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, C.Bayramov görüş çərçivəsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, qarşılıqlı anlaşma və etimadı gücləndirmək üçün parlament dostluq qrupları və müvafiq komitələr arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
Həmçinin hər iki tərəf parlamentlərarası dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyinə diqqət çəkib.
Within the framework of the official visit to the Republic of Kenya, Foreign Minister @Bayramov_Jeyhun met with the Speaker of the Senate of Kenya, @HonAmasonKingi in Nairobi.
Minister Bayramov emphasized the importance of inter-parliamentary cooperation and encouraged the… pic.twitter.com/P6gOUOnLnB
— MFA Azerbaijan (@AzerbaijanMFA) June 3, 2025