• 23 °C
|

Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə yola düşüb

16 Fevral 2025
img

16 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

APA xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasında yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.