26 İyn 2025
Xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarını Azərbaycan-Ermənistan arasında olan normallaşma prosesi ilə bağlı məlumatlandırıb.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi ilə bağlı Sazişin mətni martda yekunlaşıb: “Azərbaycanın bu Sazişin imzalanması üçün Ermənistandan olan gözləntiləri barədə həmkarımı məlumatlandırdım”.