• 23 °C
|

Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

18 Oktyabr 2025
img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, – paylaşımda qeyd olunub.