• 16 °C
|

Estoniya xarici işlər naziri Azərbaycana gəlir – YENİLƏNİB

21 Oktyabr 2025
img

Estoniya xarici işlər naziri Marqus Tsaxna oktyabrın 22-də Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tsaxna iqtisadi əlaqələri gücləndirmək, qlobal təhlükəsizlik məsələlərini müzakirə etmək və Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyini ifadə etmək üçün Estoniya biznes nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək.

***

17:05

Estoniya xarici işlər naziri Marqus Tsaxna Azərbaycana səfərə gəlir.

APA xəbər verir ki, Marqus Tsaxna sabah Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.