• 25 °C
|

“Euronews” telekanalı Bakıda keçirilmiş islamofobiya ilə mübarizə konfransı barədə süjet hazırlayıb

7 İyun 2025
img

“Euronews” telekanalı Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilmiş beynəlxalq elmi konfransa həsr olunmuş süjet hazırlayıb.

"Report" xəbər verir ki, konfrans bütün dünyada antimüsəlman əhvali-ruhiyyəsinin artmasına həsr olunub.

Telekanalın məlumatına görə, tədbir dinlərarası dialoqun inkişafına, əməkdaşlığın gücləndirilməsinə və qlobal fəaliyyətlərin aktivləşdirilməsinə, o cümlədən islamofobiyanın təzahürlərini izləmək üçün yeni rəqəmsal platformanın yaradılmasına töhfə verib.

"Azərbaycan rəhbərliyi birliyə və BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıb, insan hüquqlarının qorunması və dini dözümlülüyün saxlanılması üçün birgə qərarların zəruriliyini vurğulayıb", – süjetdə bildirilib.

“Euronews” Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərini sitat gətirib: "İrqçilik, ayrı-seçkilik və nifrətə əsaslanan islamofobiyanın yeni formaları meydana çıxır. Sosial şəbəkələr və bəzi KİV-lər buna böyük töhfə verir. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində radikalizm və ekstremizmə doğru tendensiya, eləcə də mövcud böhranlar və münaqişələr də buna təsir göstərir".

Məlumat yenilənir