• 27 °C
|

Əziz Sancara Əlişir Nəvai mükafatı təqdim ediləcək

21 May 2025
img

Əlişir Nəvai mükafatı bu gün Nobel mükafatı laureatı Əziz Sancara təqdim olunacaq.

APA-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

Şavkat Mirziyoyev deyib ki, bu mükafat 3 il əvvəl təsis edilib: “Bu mükafatın Əziz Sancara təqdim olunmasını yüksək dəyərləndirirəm”.