• 26 °C
|

Əziz Səncər: “Əlişir Nəvai” mükafatı həm mənim, həm də bütün türk dünyası üçün çox önəmlidir

21 May 2025
img

Dünya şöhrətli alim “Əlişir Nəvai” mükafatının həm özü, həm də bütün türk dünyası üçün çox önəmli olduğunu deyib.

“Report”un Budapeştə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Nobül mükafatçısı Əziz Sancar danışıb.

O qeyd edib ki, Əlişir Nəvai türk dilinin inkişafı istiqamətində böyük xidmət göstərib və bunu digər alimlərlə birlikdə edib:

"Buna görə də Əlişir Nəvai türk dünyasında xüsusi yerə malikdir. Onun adını daşıyan mükafatı almaq mənim üçün çox əhəmiyyətlidir. Bu, türk dünyasının birliyi üçün çox vacibdir”.