• 24 °C
|

Fərid Şəfiyev: Azərbaycan və Türkiyə arasında hər hansı problem yoxdur

2 İyun 2025
img

"Azərbaycan və Türkiyə arasında hər hansı problem yoxdur".

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Yeni geosiyasi reallıqların Türkiyə – Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda tədbirdə mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O, hər dövrdə iki ölkə arasında yarana biləcək problemlərdən sui-istifadə hallarının mövcudluğuna toxunub:

"Hər hansı problem yarananda da dövlət səviyyəsində həll olunur. İki ölkə arasında yarana biləcək problemlərdən sui-istifadə halları var. Bunlar provokasiyalardır. Biz bugünkü tədbirdə istər Türk Dövlətləri Təşkilatı, istərsə də Yaxın Şərq məsələsi olsun, bu istiqamətlərdə yarana biləcək problemləri müzakirə edəcəyik".