• 25 °C
|

Feridun Sinirlioğlu: ATƏT Azərbaycanda minaların təmizləməsinə töhfə verməyə hazırdır

25 Aprel 2025
img

ATƏT Azərbaycanda minaların təmizləməsinə töhfə verməyə hazırdır.

APA xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Feridun Sinirlioğlu deyib ki, ATƏT-in minatəmizləmə sahəsində təcrübəsi var: Hər iki tərəf istəsə, bunu edə bilərik. Azərbaycan və Ermənistan bizə müraciət edib xidmətlərimizi istəsə, kömək göstərməyə və dəstək göstərməyə hazırıq”.