17 Yan 2025
Azərbaycan təyyarəqəzasızamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
APA xəbər verir ki, bu barədə Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusyanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən bildirib.
Əlaqələrimizin tarixində ölkələrimizin və xalqlarımızın bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını deyib.