20 İyl 2025
“Prezident İlham Əliyev müasir dövrün ən təcrübəli liderlərindən biridir".
APA-nın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu III Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana gələn rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə açıqlamasında deyib.
“Digər ölkələrin rəhbərləri Azərbaycan Prezidentinə baxaraq ondan öyrənməyə çalışırlar”, – Markov qeyd edib.