Özbəkistan və Azərbaycan arasında əlaqələr dostluq və sıx əməkdaşlıq səviyyəsində inkişaf edir.
APA xəbər verir ki, bunu jurnalistlərə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Milana Bazarova deyib.
O bildirib ki, son illərdə bu münasibətlərin tərəqqi etməsi istiqamətində çoxşaxəli addımlar atılıb: “Son 8 ildə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə, 5 dəfə artıb. Bütün bunlara birgə səylər nəticəsində nail olunub. Hazırda investisiya imkanlarının daha da artırılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, iki ölkə avtomobil istehsalı, tekstil, eləcə də ipəkçilik sahələrində birgə layihələrin icrasına başlayıb. Hesab edirəm ki, bu, hələ başlanğıcdır”.