• 29 °C
|

Misirli alim: İslam irsinə şüursuz və metodsuz yanaşma bu sahədə təhrifə yol açır

27 May 2025
img

İslam irsinə şüursuz və metodsuz yanaşma bu sahədə təhrifə yol açır.

“Report” xəbər verir ki, bunu Misirdə yerləşən İslam İşləri üzrə Ali Şuranın Baş katibi Mohamed Abdel Rahim Al-Bayoumi “Dəyişən dünyada İslam mədəni irsinin qorunması” mövzusunda keçirilən panel sessiyasında deyib.

Onun sözlərinə görə, irsin metodoloji formada qorunması vacibdir:

"Lakin texnoloji imkanlar və ümumbəşəri dəyərlərlə birləşməlidir ki, bu miras xalqların və cəmiyyətlərin müxtəlif yerlərdə anlaşmasına və yaşamasına kömək etsin. Məqsədimiz elmdən istifadə edərək qlobal dəyişikliklərə və reallığa cavab verməkdir”.