06 Mar 2026

“Azərbaycan-Moldova münasibətləri strateji tərəfdaşlıq xətti ilə inkişaf etdiriləcək”.
APA xəbər verir ki, bunu Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
“Liderlərimiz də, biz də müntəzəm olaraq görüşlər keçiririk. Bu da ikitərəfli münasibətlərin inkişafına təkan verir. Gələcək illərdə siyasi məsləhətləşmələrin daimi keçirilməsi barədə razılığa gəlmişik”, – nazir vurğulayıb.