|

Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib – FOTO

19 Noyabr 2026
img

Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.